EN

Çin yapon deputata qarşı sanksiya tətbiq edib

Pekin: Onun fəaliyyəti ÇXR-in suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozur...

Çin hökuməti Yaponiyanın yuxarı palatasının deputatı, etnik çinli Hey Seki (Şi Pin) barəsində fərdi sanksiyalar tətbiq edib.

Poliqon xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi açıqlamada bildirilir ki, yapon siyasətçi Tayvan, Dyaoyuydao adaları, tarixi məsələlər, eləcə də Sincan, Tibet və Honq-Konqdakı hadisələr barədə saxta məlumatlar yaymaqla Çinin daxili işlərinə müdaxilə edib. Nazirlik qeyd edib ki, Hey Sekinin fəaliyyəti ÇXR-in suverenliyi və ərazi bütövlüyünə ciddi zərbə vurur.

Bununla yanaşı, siyasətçinin Asiyada yapon militarizminin simvolu hesab edilən Yasukuni məbədini açıq şəkildə ziyarət etməsi Pekin və Tokio arasında əldə olunmuş razılaşmaları kobud şəkildə pozmaq kimi qiymətləndirilib. O, həmçinin “vahid Çin” prinsipini dəstəkləməkdən imtina edib.

Sanksiyalar çərçivəsində Hey Seki və ailə üzvlərinin Çinə, o cümlədən Honq-Konq və Makao bölgələrinə girişinə qadağa qoyulub. Bundan əlavə, onun Çindəki bütün daşınar və daşınmaz əmlakı dondurulub. Çin ərazisindəki təşkilatlar və fiziki şəxslərə deputatla hər hansı əməkdaşlıq və ya müqavilə bağlamaq qadağan edilib.

Xatırladaq ki, iyulun 13-də Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Yaponiyanın hərbi aviasiyası və donanmasının KXDR sərhədlərinə yaxın kəşfiyyat fəaliyyətinin hava və dənizdə risklər yaratdığını bəyan etmişdi.

Poliqon.info

Chosen
108
poliqon.info

1Sources