Ajans.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski "ABC News"a müsahibəsində bildirib . "Mən bütün tərəfdaşlara çox minnətdaram. Lakin onların bəziləri Rusiya neftini və qazını almaqda davam edir. Bu isə ədalətli deyil... Ona görə də biz Rusiyadan hər hansı enerji almağa son verməliyik", - Zelenski bildirib. Zelenski əlavə edib ki, Vladimir Putinə əlavə təzyiq göstərilməlidir.
"Bu, işğalçını dayandırmağın yalnız bir yoludur. Biz onu öz silahından məhrum etməliyik. Onun silahı enerjidir", - Ukrayna prezidenti vurğulayıb.