EN

Haalandın çənəsinə 3 tikiş vuruldu: Nə baş verib?

Hücumçu Erlinq Haaland Norveç yığmasının düşərgəsində qeyri-adi zədə alıb.

Publika.az xəbər verir ki, 25 yaşlı forvard sosial şəbəkədə çənəsindəki yaranı əks etdirəm iki selfi paylaşıb.

“Oturacaq avtobusun qapısına dəydi. Üç tikiş qoydular. Əslində, kifayət qədər normal görünür”, – deyə Haaland yazıb.

Qeyd edək ki, sentyabrın 4-də onin vurduğu qol Norveçə yoldaşlıq görüşündə Finlandiya üzərində 1:0 hesablı qələbə qazandırıb. Sentyabrın 9-da norveçlilər DÇ-2026-nın seçmə mərhələsində Moldova ilə qarşılaşacaq.

Heybət

Chosen
20
publika.az

1Sources