EN

Kadırovdan Trampla bağlı ilginc sözlər

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin pərəstişkarıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

O, Trampın danışıqlar bəhanəsi ilə əslində Putinlə görüşmək istədiyini bildirib.

“Fikirləşirəm ki, digər dövlətlərin başçıları da Putinlə görüşməyi arzulayırlar. Tramp da sadəcə rəsmi mövqeyindən istifadə edib”, – Kadırov əlavə edib.

Qeyd edək ki, avqust ayında Putin və Tramp son 7 ildə ilk genişmiqyaslı görüşlərini keçiriblər.

Əliyar Xəlil

Globalinfo.az  

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
79
1
globalinfo.az

2Sources