EN

Rusiya Ukraynanın enerji infrastrukturuna hücum etdi

BAKI, 9 sentyabr. TELEQRAF

Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, raket zərbəsi nəticəsində Kiyev vilayətindəki istilik elektrik stansiyalarından biri zədələnib.

"Məqsəd dinc insanlara çətinlik yaratmaq, evləri, məktəbləri və xəstəxanaları işıqsız və istisiz qoymaqdır. Enerji istehsalı, elektrik xətləri və qaz infrastrukturu hərbi obyekt deyil. Rusiya bilərəkdən kritik mülki infrastruktura zərbə endirir”, – məlumatda deyilir.

Chosen
66
teleqraf.com

1Sources