Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 25,2 min ton ət idxaledilib.
Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda ətinidxalına 55,1 milyon ABŞ dolları vəsait xərclənib.
Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə5,5 min ton və ya 18%, dəyər ifadəsi ilə isə 13,4 milyon ABŞdolları, yaxud da 19,6% azalıb.
Hesabat dövründə ət idxalı ölkənin ümumi idxalında 0,40% payasahib olub.
Eyni zamanda cari ilin ilk 7 ayında Azərbaycandan 773 min ABŞdolları dəyərində ət və qida üçün yararlı ət əlavələri ixrac edilibki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 430min ABŞ dolları və ya 2,2 dəfə çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında quş əti dədaxil olmaqla diri çəkidə 335,3 min ton ət, 1315,5 min ton süd,1415,7 milyon ədəd yumurta, 13,7 min ton yun, 186,6 ton baramaistehsal olunub. 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurtaistehsalı 2,2%, ət istehsalı 1,2%, süd istehsalı 0,3 % artıb, yunistehsalı 3%, barama istehsalı 22,1% azalıb.