Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
“Hyundai” markalı, 99-XM-330 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Mercedes” markalı, 10-XE-462 dövlət qeydiyyat nişanlı mikroavtobus toqquşub. Nəticədə 10-dan çox adam xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Fatkla bağlı araşdırma aparılır.