EN

Levandovski “Barselona”nı nə vaxt tərk edəcək?

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Robert Levandovski gələn yay “Barselona”nı böyük ehtimalla tərk edəcək.Rəhbərlik hücumçu ilə müqaviləni yeniləmək niyyətində deyil. Bu haqda AS nəşri məlumat yayıb. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayında sona çatacaq. Deyilənə görə, təcrübəli futbolçu da komandadan ayrılmaq istəyindədi. İspaniya klubu maliyyə problemləri səbəbindən polşalı oyunçunun əvəzlənməsi üçün yeni transferlərə deyil, daxili resurslara üstünlük verəcək. “Barselona” rəhbərliyinin 25 yaşlı Ferran Torresin hücumçu mövqeyində daimi oynaması variantını nəzərdən keçirdiyi də iddia edilir. O da qeyd olunur ki, Torres cari mövsümdə əsas hücumçu kimi özünü təsdiqləməlidi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
1
icma.az

2Sources