EN

Zelenski Putinlə görüş üçün şərt qoydu: Rusiya ərazisində olmayacaq

Ajans.az xəbər verir ki,o,bu fikirlərini ABC News telekanalına verdiyi müsahibədə səsləndirib. “Mən [ABŞ-ın sabiq prezidenti Donald Trampa] dedim: baxın, cənab prezident, mən istənilən görüşə hazıram, amma Rusiyada yox”, – deyə Zelenski vurğulayıb. O qeyd edib ki, həm Putinlə ikitərəfli görüşə, həm də Trampın da qatılacağı üçtərəfli formata razıdır. Zelenski əlavə edib ki, əgər Tramp bu görüşdə iştirak etsə, bundan məmnun olar. Bundan əvvəl Zelenski Putinin Moskvada danışıqlar aparmaq təklifini rədd edərək onu Kiyevə dəvət etmişdi. Ukrayna prezidentinin sözlərinə görə, Rusiya lideri görüşü gecikdirmək üçün məhz Moskvanı görüş yeri kimi irəli sürüb.

 

Chosen
75
Ajans.az

1Sources