"Bayer Leverkuzen"in baş məşqçi postu ilə vidalaşan niderlandlı mütəxəssis Erik ten Haqın yerini kimin tutacağı bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Florian Plettenberq yayıb.
Məlumata görə, bu, Danimarka millisinin sabiq baş məşqçisi Kasper Yulmanndır. Mənbə Almaniya klubunun nümayəndələrinin 53 yaşlı mütəxəssislə apardığı danışıqların müsbət sonluqla yekunlaşmaq üzrə olduğunu vurğulayıb. Tərəflərin yaxın günlərdə müqavilə bağlayacağı bildirilib.
Xatırladaq ki, ten Haq "Bayer"i cəmi 3 oyuna çıxarmağa imkan tapıb.
Nihat