EN

Gürcüstanda əmlakların məcburi müsadirəsi davam edir

Gürcüstan hökuməti vətəndaşlara məxsus əmlakların ictimai ehtiyaclar üçün məcburi qaydada müsadirəsi prosesini davam etdirir.

Olaylar.az xəbər verir ki, iqtisadiyyat naziri Levan Davitaşvilinin əmrinə əsasən, Tbilisi beynəlxalq hava limanının yaxınlığında inşa ediləcək stadion üçün Luka Cinçaradzeyə məxsus 540 kvadratmetrlik torpaq sahəsi dövlət tərəfindən alınacaq.

Bundan başqa, Gürcüstanı Ermənistan və Azərbaycanla birləşdirəcək Rustavi-Sadaxlı və Rustavi-"Qırmızı körpü" avtomobil yollarının tikintisi məqsədilə ümumi sahəsi təxminən 37 min kvadratmetr olan, əsasən Marneuli bələdiyyəsində yerləşən doqquz torpaq sahəsi də məcburi qaydada müsadirə olunacaq.

Qanunvericiliyə görə, əmlak yalnız sahibinə ədalətli kompensasiya ödənildiyi halda müsadirə edilə bilər. Əgər tərəflər arasında razılıq əldə olunmasa, mübahisə məhkəmə vasitəsilə həll olunacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
1
olaylar.az

10Sources