EN

Ata və oğlu ağır qəzaya düşdü, biri öldü - FOTO

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 7 radələrində Şamaxı-Padarçöl yolunun Ağsu rayonunun Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
VAZ-2106 minik avtomobili ilə "Şaqman" markalı yük maşını toqquşub.
 
Nəticədə VAZ-2106-da olan 1965-ci il təvəllüdlü İsa Mirələm oğlu Sadıqov hadisə yerində ölüb, onun oğlu, 1992-ci il təvəllüdlü Bəhlul İsa oğlu Sadıqov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Chosen
52
9
moderator.az

10Sources