EN

Prezident İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik edib

Bakı. Trend:

Azərbaycan Respublikasını Prezidenti Şimali MakedoniyaRespublikasının Prezidenti Zati-aliləri xanım QordanaSilyanovska-Davkovaya təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Şimali Makedoniya Respublikasının milli bayramı – MüstəqillikGünü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı özadımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Hazırda Azərbaycan-Şimali Makedoniya münasibətlərinin inkişafdinamikası məmnunluq doğurur. Sağlam təməllər üzərində qurulmuşmünasibətlərimiz, səmərəli birgə fəaliyyətimiz ölkələrimizinmaraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir. Mart ayındaAzərbaycana rəsmi səfəriniz ölkələrimiz arasında dostluq vəəməkdaşlıq əlaqələrinə yeni təkan verdi.

Bu gün dövlətlərarası əməkdaşlığımızın bir sıra sahələrdə dahada dərinləşməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlarvardır. Siyasi əlaqələrimizin yüksək səviyyəsi və fəal dialoqumuzbunun üçün yaxşı zəmin yaradır.

İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasında dostluqvə əməkdaşlıq münasibətləri həm ikitərəfli əsasda, həm dəbeynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da birgəsəylərimizlə uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdəmüvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və firavanlıqdiləyirəm."

Chosen
73
49
az.trend.az

10Sources