EN

Azərbaycan Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində iştirak edir (FOTO)

Bakı. Trend:

Çinin Fuciən əyalətinin Siamen şəhərində 25-ci Çin Beynəlxalqİnvestisiya və Ticarət Sərgisi (“CIFIT 2025”) işə başlayıb.İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarətnümayəndəsi Aparatı və İxracın və İnvestisiyaların TəşviqiAgentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə “Invest inAzerbaijan” vahid ölkə stendi ilə təmsil olunan ölkəmiz sərgidəikinci dəfə iştirak edir.

TrendAZPROMO-ya istinadən xəbər verir ki, Azərbaycanın biznes vəinvestisiya mühiti və imkanları haqqında məlumatlar nümayişolunur.

Bununla yanaşı, stenddə Ələt Azad İqtisadi Zonasında, Qarabağ vəŞərqi Zəngəzur iqtisadi rayonlarında və Naxçıvan MuxtarRespublikasında investorlara təklif olunan imtiyazlar, ölkəmizinnəqliyyat-tranzit potensialı, turizm perspektivləri təqdimolunur.

Həmçinin, AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi(KOBİA), İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), DördüncüSənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və DövlətNeft Fondunun fəaliyyət istiqamətləri barədə məlumatlar, vizual vəçap materiallar təqdim olunur. Bununla yanaşı, stenddə “Made inAzerbaijan” məhsulları nümayiş olunduğu “Azərbaycan Ticarət Ev”ləriguşəsi də təşkil olunub.

Siamendə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevinrəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti “CIFIT 2025” sərgisiniziyarət edib, Azərbaycan stendi ilə tanış olub.

Sentyabrın 11-dək davam edəcək və 50-dən çox ölkə stendinin yeraldığı sərgiyə 110-dan çox ölkə və regiondan nümayəndə heyətləriiştirak edir.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
45
3
az.trend.az

4Sources