EN

Yeni Şuşa məscidi belə inşa olunur

Yazını böyüt
Yazını kiçilt

Ucalmaqda olan Yeni Şuşa məscidi öz əzəməti ilə şəhərin yeni simvoluna çevriləcək.

Hafta.az xəbər verir ki, məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub.

Məscidin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu günü - Zəfər Gününü, iki minarəsi isə 11 rəqəmini – şəhərin işğaldan azad edildiyi 11-ci ayı simvolizə edəcək. Minarələrin hündürlüyü 72 metr olacaq.

Şuşa həm də öz tarixi memarlıq nümunələri olan məscidləri ilə məşhurdur. Bu tarixi memarlıq inciləri sırasına isə hazırda daha bir inci - Yeni Şuşa məscidi daxil olacaq.

Layihə Heydər Əliyev Fondunun və “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilir.

Chosen
7
15
hafta.az

10Sources