Sentyabrın 8-dən 11-dək Naxçıvan şəhəri və Babək rayonunun müəyyən ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Â
"Azərişıq" ASC-nin Naxçıvan Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb.
Â
Bildirilib ki, RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq.
Â
Bu müddətdə 110/35/10 kilovoltluq "Xalçaçılıq" yarımstansiyasından qidalanan 10/0.4 kV-luq xətlərdə dartılma və ağacların budanması işləri həyata keçiriləcək. Eyni zamanda Nehrəm 35/10 kV yarımstansiyasından qidalanan 10 kV-luq Nehrəm-2, Nehrəm-3 və Nehrəm-4 hava xətlərində, eləcə də 10/0.4 kV KTM-lərdə təmir işləri görüləcək.
Â
Bununla əlaqədar 59, 61, 48, 49 nömrəli ünvanlarda və Yunis Cabbarov küçəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Â
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.