EN

Samvel Karapetyan həbsdən Ermənistan iqtisadiyyatı ilə bağlı müraciət edib – ÖZƏL

Həbsdə olan "Taşir" Qrupunun rəhbəri Samvel Karapetyan Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müraciət yayıb. 

Olaylar.az xəbər verir ki, o, sosial şəbəkədə dərc olunan açıqlamasında ölkədə işlək yaşda olan kişilərin işsizlik səbəbindən günlərini boş keçirərək domino və nərd oynamasının tipik mənzərə olduğunu bildirib.

Karapetyanın sözlərinə görə, mövcud vəziyyətin əsas məsuliyyəti hakimiyyətin üzərindədir: "Onlar xalq üçün layiqli imkanlar yaratmır, ümidsizlik toxumları səpir və gələcəyə inamı dağıdırlar".

Biznesmen qeyd edib ki, hazırkı ağır şəraitdə belə, əhalinin rifahını artıracaq sürətli qərarlar tapmaq mümkündür. O, ölkənin hər il 4 milyard dollar həcmində idxalın ixracdan çox olduğunu vurğulayaraq, bunun istehsal və sərmayə üçün böyük potensial yaratdığını deyib.

Karapetyan beynəlxalq investorların cəlbi, yerli biznesin dövlət proqramları ilə stimullaşdırılması, kənd təsərrüfatında real islahatların aparılması və ərzaq sənayesinin inkişaf etdirilməsinin vacibliyini önə çəkib. Onun fikrincə, bu addımlar həm məşğulluğu artıracaq, həm də turizmin inkişafına təkan verəcək: "Qısa zamanda həyata keçiriləcək iqtisadi proqramlar xalqın həyat keyfiyyətini dəyişəcək, miqrasiya dayanacaq və hər kəs layiqli işlə təmin olunacaq".

Xatırladaq ki, Samvel Karapetyan iyunda Ermənistan hökumətinin kilsəyə qarşı hücumlarına etiraz etdikdən sonra həbs olunub. Ona hakimiyyəti zorla ələ keçirməyə çağırış ittihamı irəli sürülüb. Daha sonra "Taşir" Qrupuna qarşı pul yuyulması və vergidən yayınma ilə bağlı yeni cinayət işi açılıb. Şirkətin bir neçə əməkdaşı saxlanılıb, "Ermənistan Elektrik Şəbəkələri" dövlətə məxsus elan olunub, rəhbərlik və filial başçıları vəzifədən kənarlaşdırılıb. Avqustun 15-də məhkəmə Karapetyanın həbs müddətini daha iki ay uzadıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
olaylar.az

1Sources