EN

Xalq rəssamının vəziyyəti ağırdır

"Atam bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkir, vəziyyəti kritikdir".

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Xalq rəssamı Nazim Bəykişiyevin oğlu Zöhrab Bəykişiyev məlumat verib.

O bildirib ki, maddi sıxıntılar ucbatından hazırda atasını xəstəxanaya yerləşdirmək mümkün deyil: "Bu barədə aidiyyəti qurumlara məlumat verilib".


Qeyd edək ki, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akdemik Musiqili Teatrı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rəssamı və baş rəssamı olub.


Chosen
44
21
news24.az

10Sources