EN

93 yaşında dünya çempionu olan baba: Uğurunun sirri nədir?

Bodibildinq adətən nəhəng əzələlər, iri bədənlər və həcmlərin arxasınca qaçışla assosiasiya olunur. Amma 93 yaşlı amerikalı Cim Arrinqton bu stereotipləri alt-üst edir.

Publika.az xəbər verir ki, o, Pitsburqda keçirilən veteranların dünya çempionatında ən hörmətli 80+ kateqoriyasında birinci yeri tutub.

Onun qrupunda cəmi bir rəqib, Mennni Uolkott olub. Qalan yaşlı idmançılar yalnız 70+ və daha aşağı kateqoriyalara qatılıblar. Bir tərəfdən rəqabət azdır, amma digər tərəfdən belə yaşda yarışa çıxmaq özü böyük nailiyyətdir.

Yeni çempion hələ 10 il əvvəl Ginnesin Rekordlar Kitabına dünyanın ən yaşlı bodibilderi kimi düşmüşdü. İllər ötüb, amma Arrinqton hələ də güclüdür, yarışır, hətta bir neçə il öncə “Men’s Health” jurnalının üz qabığında da görünüb.

O, uşaqlığında xəstəliklərdən çox əziyyət çəkib. Vaxtından əvvəl doğulduğu üçün çəkisi az olub və həkimlər uzun müddət onun həyatını xilas etməyə çalışıblar. Elə bu zəiflik də onu dəmir qaldırmağa, güclü olmağa vadar edib. “Mən Mister Amerika olmaq istəyirdim. Amma 19 yaşımda başa düşdüm ki, genetikam buna imkan vermir”, – deyə o bildirib.

Chosen
3
publika.az

1Sources