Şair Nazilə Səfərli sürətlə çəki itirən tanınmış xanımları tənqid edib.
Musavat.com-un xəbərinə görə, Nazilə bildirib ki, şou-biznesdəki xanımlar əməliyyat etdirərək həyatlarını təhlükəyə atırlar:
"Son zamanlar şou-biznesdə sürətlə arıqlayıb, gözəl bədənə sahib olan məşhurla rastlaşmışam. Məlum oldu ki, mədəqatlama əməliyyatı ediblər. Mənə də həkim nömrəsi verdilər. Getdim onun qəbuluna, dedi ki, normalda əlimə göydən düşmüsən. Reklam edəcəksən və mənə çox pul qazandıracaq. Amma səni əməliyyat etdirməyəcəyəm. Əməliyyat çəkisi 3 rəqəmin üstündə olunanlara edilir. Sənin 10-12 kiloqram artıq çəkin var, buna görə bıçaq altına girmə. Onları kim əməliyyat edibsə, ölümünə imza atıb. Çəkin boyunla dəhşətli dərəcədə uyğunsuz deyil. Bir il kef edəcəksən, sonra ölə-ölə gəzəcəksən: Avitaminozdan əziyyət çəkəcəksən, onurğa sütunun əyiləcək, halsız olacaqsan. Şarm, sanbal, üzündəki gözəllik gedir. Baxıram komaya düşən, ağırlaşmaya gedən, saçı, dırnağı tökülənlərə, həkimə dua edirəm. Mənə də dedi ki, arıqlama iradən yoxdur? Gəldim pəhriz saxlayıram. Çörək və şirniyyatdan imtina edərək 1 aya 2 kiloqram çəki atmışam".
Könül
Musavat.com