EN

"Başakşəhər"də Çağdaş Atan dövrü sona çatdı - Yeni namizəd bəllidir

"Başakşəhər" baş məşqçisi Çağdaş Atanla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssisin qarşılıqlı müqaviləsinə razılaşma əsasında xitam verilib.

Artıq İstanbul təmsilçisinin bu posta namizədi də bəllidir.

İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, Super Liqa klubu Nuri Şahinlə danışıqlara start verib. 37 yaşlı mütəxəssislə yaxın günlərdə müqavilə imzalanması gözlənilir.

Qeyd edək ki, Nuri Şahin son olaraq "Borussiya Dortmund"a rəhbərlik edib.

Motta Bundesliqa klubuna rəhbərlik edə bilər

“Arsenal”ın heyətində CİDDİ İTKİ

Premyer Liqa klubunda yeni müqavilə

“Beşiktaş”ın futbolçusu Super Liqada klubunu dəyişə bilər

Türkiyə - İspaniya matçı bu kanalda

Chosen
63
apasport.az

1Sources