EN

Dünyanın məhkəmə hakimləri Azərbaycanda toplaşacaq

2025-ci ilin 11-17 oktyabr tarixlərində Bakı şəhəri beynəlxalq hüquq ictimaiyyətinin diqqət mərkəzində olacaq. Bu tarixlərdə Azərbaycan paytaxtı Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Associationof Judges) 67-ci Baş Assambleyasına ev sahibliyi edəcək.

Mia.az-ın məlumatına görə, 1953-cü ildə təsis olunmuş və əsas fəaliyyəti dünyada məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunub saxlanması olan və öz ətrafında dünyanın 93 ölkəsinin hakimlər birliklərini birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası illik toplantılarını yalnız qanunun aliliyinin, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunduğu ölkələrdə keçirir.

Tədbir çərçivəsində, həmçinin “Məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolu geniş şəkildə təhlil olunacaq. Tədbirlə bağlı bütün məlumatlar 4 dildə hazırlanmış www.iaj2025.com səhifəsində yerləşdirilmişdir.

Chosen
89
1
mia.az

2Sources