EN

Azərbaycan millisinin Ukrayna ilə üçüncü sınağı

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

DÇ-2026-nın seçmə mərhələsində Bakıda üz-üzə gələcək Azərbaycan və Ukrayna yığmaları daha əvvəl iki dəfə qarşılaşıblar. Sport24.az-ın məlumatına görə, millilərin hər iki matçı yoldaşlıq qarşılaşmasına təsadüf edib. İlk görüş 2006-cı ilin fevralında baş tutub. Həmin vaxt Bakıdakı oyun qolsuz heç-heçə ilə yekunlaşıb. Avqustda komandalar Kiyevdə yenidən yoldaşlıq matçında üz-üzə gəliblər. Bu dəfə meydan sahibləri altı cavabsız qolla qalib gəlib. Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Millimiz ilk turda İslandiyaya 0:5, qonaqlar isə Fransaya 0:2 hesabı ilə uduzub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
sport24.az

1Sources