Onun sözlərinə görə, insan ömrünün nəzəri həddi hələ də 120-125 il civarındadır.
“Bu gün böyrək, qaraciyər və ya ürək transplantasiyası artıq milyonlarla insanı xilas edir. Donor orqanlar onilliklər boyu davam edə bilər. Xüsusən də əgər onlar sağlam olsalar və xəstələr həkimlərin göstərişlərinə ciddi əməl etsələr. Ancaq transplantasiya həmişə risklərlə bağlıdır: əməliyyatın özü mürəkkəbdir və immuniteti yatırmaq üçün dərman qəbul etmək orqanizmi infeksiyalara qarşı daha həssas edir”,- alim diqqətə çatdırıb.
![]() |
150 il yaşamaq mümkündür– Putin və Si Cinpin "ölümsüzlük" söhbəti efirə sızdı |
- İlk təcrübələr artıq aparılıb, lakin köçürülmüş donuz orqanları yalnız xəstələrin qısa müddətə sağ qalmasını təmin edib və tam funksional süni analoqlar gələcək üçün məqsəd olaraq qalır”,- mütəxəssis bildirib.
Onun dediyinə görə, insanlar orqanlarını müntəzəm olaraq dəyişdirməyi bacarsalar da, bədənin sistemli qocalması fasiləsiz şəkildə davam edəcək. Alim qeyd edib ki, yaş artdıqca insan infeksiyalardan, zədələrdən və stress yüklərindən daha çətin sağalır.
“Yeni texnologiyalar həqiqətən daha uzun və sağlam həyata yol açır, lakin“ölümsüzlük” barədə söhbət hələlik fantaziya olaraq qalır”,- professor Nil Mabbot vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Pekində keçirilən hərbi parad zamanı Rusiya prezidenti Vladimir Putin və Çinin sədri Si Cinpinin “orqan transplantasiyası və ölümsüzlük” mövzusunda söhbəti efirə sızıb. Canlı yayım zamanı baş verən dialoq televiziya vasitəsilə yayımlanıb.
Sahil İsgəndərov
AzVision.az