EN

Ucarda minik maşını betona çırpıldı Xəsarət alan var

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı betona çırpılıb. Nəticədə minik maşını yolub kənarına düşüb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
2
unikal.az

3Sources