Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.
20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Azər Əzimovun yeni klubu dəqiqləşib.
İdman.biz xəbər verir ki, o, "Lənkəran"la anlaşıb.
Əzimov mövsümün sonunadək bölgə təmsilçisinin formasını geyinəcək.
Basketbolçu daha əvvəl "Sərhədçi" və "Gəncə" klublarında çıxış edib.
Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Raşed Dison və Teron Montqomerinin transferlərini həyata keçirib.
İdman.biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.