Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsinəverilmiş biznes kredit portfeli 1,600 milyard manat təşkiledib.
Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.
Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 12 milyonmanat və ya 0,7%, ötən ilin eyni dövrü ilə nisbətdə isə 239 milyonmanat 17,6% artıb.
Belə ki, nəqliyyat sahəsi üzrə banklar tərəfindən verilmişbiznes kreditlərin məbləği 2025-ci ilin iyulun 1-nə 1,588 miyardmanat, ötən ilin avqustun 1-nə isə 1,362 milyard manat təşkiletmişdi.
Qeyd edək ki, cari ilin avqust ayının 1-nə Azərbaycandabankların kredit portfeli 0,1% və ya 26 milyon manat artaraq 28,498milyard manat olub. Kredit portfelinin 15,056 milyard manatı bizneskreditləri, 9,002 milyard manatı istehlak kreditləri, 4,440 milyardmanatı isə ipoteka kreditləri təşkil edib.