EN

Tramp Avropa liderləri ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiyaya qarşı Ukrayna müharibəsinin sona çatdırılması məqsədilə bəzi Avropa liderləri bu gün və ya sabah ABŞ-yə səfər edəcəklər.

"Cebheinfo.az" xəbər verir ki, Tramp dünən keçirdiyi mətbuat konfransında Rusiyanın Ukraynaya 4-ü ballistik olmaqla ümumilikdə 13 raket və 805 pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini, hücum nəticəsində biri körpə olmaqla 4 nəfərin həyatını itirdiyini və Kiyevdəki hökumət binasının hədəf alındığını qeyd edib.

“Bütün bu vəziyyətdən məmnun deyiləm” deyə Tramp bildirib və əlavə edib:

“Bəzi Avropa liderləri bu gün və ya çərşənbə axşamı tək-tək ölkəmizə gələcəklər”.

Tramp ABŞ-yə gələcək liderlərin adlarını açıqlamasa da, onlarla Rusiyaya qarşı müharibənin sona çatdırılması məsələsini müzakirə edəcəyini bildirib.

O, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə “yaxın zamanda” görüşəcəyini qeyd edib və Moskva ilə bağlı sanksiyaların “ikinci mərhələsinə” keçməyə hazır olduqlarını vurğulayıb.

Chosen
59
cebheinfo.az

1Sources