EN

Davamlı sülh üçün Ermənistan Konstitusiyası paraflanmış sülh sazişinin mətni və ruhu ilə uyğunlaşdırılmalıdır – Elçin Əmirbəyov

Bakı. Trend:

7 sentyabr 2025-ci il tarixində Azərbaycan RespublikasıPrezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir ElçinƏmirbəyov “I24 News” televiziya kanalının fransız redaksiyasınamüsahibə verib.

Trend-inməlumatına görə, o, jurnalist Kristian Maların Azərbaycan vəErmənistan arasında sülh prosesi, 8 avqust Vaşinqton görüşününCənubi Qafqaz regionu üçün nəticələri, Azərbaycanın beynəlxalqmüstəvidə oynadığı vasitəçi rolu, habelə bəzi beynəlxalq məsələlərədair suallarını cavablandırıb.

E.Əmirbəyov xatırladıb ki, 8 avqustda Vaşınqtonda AzərbaycanlaErmənistan arasında sülh sazişinin paraflanması baş tutub və bu,iki ölkə arasında münasibətlərin normallaşmasına doğru mühümirəliləyişdir:

“Bu mərhələdə söhbət yekun imzalanmadan yox, yalnızparaflanmadan gedir. Belə ki, sülh sazişinin imzalanması və həyatakeçirilməsi üçün Ermənistan tərəfi hələ də konkret addımlaratmalıdır. Xüsusilə də, Ermənistan Konstitusiyasında Azərbaycanınsuverenliyinə və ərazi bütövlüyünə zidd olan, qəbuledilməz əraziiddialarını ifadə edən müddəalar hələ də qalmaqdadır. Buna görədavamlı sülhün bərqərar olunması üçün Ermənistanın əsas qanunu həriki ölkə tərəfindən artıq paraflanmış sülh sazişinin mətni və ruhuilə uyğunlaşdırılmalıdır”.

Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi əlavə edib ki,bununla belə, sazişin paraflanması özü özlüyündə böyük irəliləyişsayılır.

“Bu, ikitərəfli formatda aparılmış konstruktiv dialoqun, hər ikitərəfin siyasi iradəsinin və əlbəttə ki, bir sıra beynəlxalqtərəfdaşların konstruktiv dəstəyinin nəticəsidir. Xüsusi olaraq,ABŞ Prezidenti Donald Trampın şəxsi töhfəsini və səylərini yüksəkqiymətləndiririk. Əgər bu proses ciddi və qətiyyətlə davam edərsə,Cənubi Qafqaz tarixində əməkdaşlıq, sabitlik və ortaq rifahaəsaslanan yeni bir səhifə açıla bilər”, - deyə o qeyd edib.

Müsahibə ilə bu keçiddən ətraflı tanış olmaq mümkündür.

Chosen
47
12
az.trend.az

10Sources