EN

İndoneziyada vulkan bir gündə səkkiz dəfə püskürdü

İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı bir gündə səkkiz dəfə püskürüb.

Bu barədə "Antara" agentliyi müşahidə postuna istinadən məlumat yayıb.

Qeyd olunub ki, kül kraterdən 800 m yüksəkliyə və ya dəniz səviyyəsindən 4 476 m yüksəkliyə qalxıb. Məlumata görə, kül cənub və cənub-qərb istiqamətlərində böyük intensivliklə yayılır.

Semeru İndoneziyanın dördüncü ən yüksək vulkanı (dəniz səviyyəsindən 3 676 m yüksəklikdə) və Yava adasındakı ən yüksək zirvədir.
Chosen
57
2
7news.az

3Sources