Bakı. Trend:
Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev BMT BaşAssambleyasının sessiyasında təşkilatda islahatların aparılmasıtəklifi ilə çıxış etmək niyyətindədir.
Trend xəbər verirki, bu barədə onun ölkə parlamentində verdiyi bəyanatdadeyilir.
“Qısa zamanda Baş Assambleyanın Nyu-Yorkdakı yubileysessiyasında çıxış etməyi planlaşdırıram. Orada beynəlxalqvəziyyətə Qazaxıstandan olan baxışı təqdim edəcək, o cümlədən,BMT-də islahatların aparılması təklifi ilə çıxış edəcəyəm”, - deyəTokayev bildirib.
Şanxay Əməkdaşlıq Təşkilatının sammitində təşkilata üzvdövlətlər Birləşmiş Millətlər Təşkilatının müasir siyasi vəiqtisadi reallıqlara uyğunlaşdırılması üçün onda islahatlarınaparılmasının vacibliyinin vurğulandığı birgə bəyannaməimzalayıblar.
Sammit zamanı Tokayev bildirib ki, BMT-nin islahatlardan imtinaetməsi dövlətlərin bu beynəlxalq təşkilata olan etimadını sarsıdabilər.