EN

Dəniz sahilində qurduqları məclisdə zəhərləndilər 8 nəfər xəstəxanalıq oldu

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xızı rayonunun Giləzi qəsəbəsində kütləvi zəhərlənmə olub.

“Qafqazinfo” xəbər verir ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb.

Qeyd edilib ki, zəhərlənənlərin hamısı qohumdur. Onlar dünən Giləzidə dəniz sahilində qohumlarının tələbə olması ilə bağlı məclisdə iştirak ediblər. Belə ki, hər ailə özü ilə müxtəlif qidalar gətirib və birgə yeyib-içiblər.

Zəhərlənən şəxslərin həyatına təhlükə olmadığı bildirilib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Aslan Vəliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
8
qafqazinfo.az

10Sources