EN

“Sabah yaxşı nəticə qazanmaq istəyirik”

Azərbaycan millisinin futbolçusu Mahir Emreli DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna yığmasına qarşı keçiriləcək oyundan əvvəl mətbuat konfransında açıqlamalar verib.

90deqiqe.Az-ın məlumatına görə, Almaniyanın “Kayzerslautern” klubunnda çıxış edən hücumçu qarşıdakı matçın çətin olacağına diqqət çəkib:

“Sabah bizi ağır oyun gözləyir. Rəqib haqqında danışmağa ehtiyac yoxdur. Onlar usta futbolçulardan ibarət heyətə sahibdirlər. Ukrayna komandası da buraya yaxşı motivasiya ilə gəlib. Biz isə İslandiyaya məğlubiyyəti unutdurmaq üçün əlimizdən gələni edəcəyik.”

Mahir Emreli həmçinin İslandiya ilə baş tutan oyundakı məğlubiyyətin komandaya mənfi təsir etdiyini etiraf edib:

“Belə oyunlardan sonra qarşıdakı matçlara köklənmək çətin olur. Futbolda bu cür hallar baş verir. Ardıcıl qələbə qazanmamaq üzərimizdə təzyiq yaradır. Hamımız məsuliyyəti dərk edirik və yaxşı nəticə qazanmaq istəyirik. Əgər bunu bacarsaq, təzyiqi bir az da olsa azalda bilərik.”

Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və oyunun startı saat 20:00-da olacaq.

Chosen
4
1
90deqiqe.az

6Sources