EN

İsrail səfiri Azərbaycanda yəhudi icmasının ənənələrinə göstərilən diqqətdən məmnunluğunu ifadə edib

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovsentyabrın 8-də İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuşfövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.

Komitədən Trend-ə bildirilib ki, görüş zamanı Azərbaycanilə İsrail arasında mövcud dostluq münasibətlərinin önəminətoxunulub, xüsusilə dini və mədəniyyətlərarası dialoq sahəsindəəməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Komitə sədriİsrailin yeni səfirini ölkəmizdəki diplomatik fəaliyyətimünasibətilə təbrik edərək, ona uğurlar arzulayıb. Ramin MəmmədovAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinrəhbərliyi ilə ölkəmizdə multikultural dəyərlərə və dinidözümlülüyə əsaslanan siyasət həyata keçirildiyini bildirib.Müxtəlif dinlərə mənsub icmaların sülh və qarşılıqlı hörmətşəraitində fəaliyyət göstərdiyini vurğulayıb.

Səfir Ronen Krausz ölkəmizdə yəhudi icmasının ənənələrinəgöstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib.

O, Azərbaycanda mövcud olan dini tolerantlıq mühitini yüksəkqiymətləndirib və bu sahədə təcrübə mübadiləsinin vacibliyini qeydedib.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlıq imkanlarımüzakirə edilib.

Məqalədə:
Chosen
33
5
az.trend.az

6Sources