EN

Hindistan-İran-Ermənistan görüşü keçiriləcək

"The Economic Times" qəzeti öz mənbələrinə istinadənyazırki, gözlənilən görüşdən qabaq şənbə günü iki ölkənin milli təhlükəsizlik müşavirləri Acit Doval və Əli Laricani telefonla danışıblar. Söhbət əsnasında vurğulanıb ki, aparılacaq müzakirələrdə əsasən iqtisadi əməkdaşlığın, təhlükəsizlik və müdafiə sahəsində əlaqələrin artırılması,Çabahar limanınınfəaliyyətinin genişləndirilməsi,Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinininkişafı nəzərdən keçiriləcək. Bu, iyunda meydana gəlmiş İsrail-İran müharibəsinin ardıncatərəflər in ilk mühüm dialoqudur.

Qəzet diqqətə çatdırır ki, ikitərəfli görüşlə yanaşıyaxın aylarda Hindistan, İran və Ermənistan arasında da üçtərəfli görüş keçiriləcək.Bu görüşdə Tehranın vasitəçiliyi altında Yeni Dehli ilə İrəvanın münasibətləri qiymətləndiriləcək. Eyni zamanda, tərəflər Bakı və İrəvanın Vaşinqtonda parafladığısülh sazişinə də toxunacaqlar.
İran Qafqaza dəmir yolu üçün hazırlıq görür

Xatırladaq ki, avqustun 29-da İranın icra işləri üzrə vitse-prezidenti Məhəmmədcəfər Qaimpənah yerli mətbuata açıqlamasında söyləyib ki, Tehran ölkənin cənub ucqarındakı Çabahar limanından cənub-şərqdəki Zahidan şəhərinə uzanan dəmir yolu layihəsinin başa çatdırılması üçün fəal iş aparır.

"Layihə tamamlananda həm ölkənin dəmir yolu şəbəkəsinə, həm də beynəlxalq dəhlizlərə qoşulacaq. Bu xətt vasitəsilə Çabahar limanından ölkənin şimalına, oradan isə Qafqaza, Rusiyaya və Avropaya zəruri mallar daşınacaq. Beləliklə, İranın regional və qlobal ticarətdə rolu güclənəcək",– vitse-prezident vurğulayıb .

Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu"adlanacağını bildirib.

Firudin Həmidli

Chosen
94
2
azvision.az

3Sources