EN

Rezidenturaya qəbul olunanların qeydiyyatı BAŞLAYIR – BU TARİXDƏ

Ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək. 

Bu barədə Bizim.Media-ya Elm və təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, namizədlər //portal.edu.az/ saytında qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər. 

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.

Bizim.Media

Chosen
33
25
bizim.media

10Sources