EN

Rusiya xərçəngə qarşı peyvəndi istifadəyə hazırdır

Ajans.az xəbər verir ki,bu barədə Federal Tibbi və Bioloji Agentliyin (FMBA) rəhbəri Veronika Skvortsova Şərq İqtisadi Forumunda çıxışı zamanı məlumat verib.  Onun sözlərinə görə, preparatın klinik istifadəsinə icazə almaq üçün artıq Səhiyyə Nazirliyinə bütün zəruri sənədlər təqdim edilib. “Son üç il ərzində aparılan preklinik tədqiqatlar peyvəndin təhlükəsizliyini və yüksək effektivliyini sübut edib. Hətta dəfələrlə tətbiq edildikdə belə, preparat yaxşı tolere olunur”, – deyə Skvortsova bildirib. Onun sözlərinə əsasən, tədqiqatlar göstərib ki, peyvənd şişlərin böyüməsini 60-80% arasında ləngidir və ölçülərinin azalmasına səbəb olur. İlkin mərhələdə preparat kolorektal xərçəngi olan xəstələrə tətbiq ediləcək. Bundan əlavə, iyun ayında Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin xərçəngə qarşı başqa bir peyvənd – "Enteromix" üzərində aparılan klinik sınaqlara başlanıldığını açıqlayıb. Həmin peyvənd 48 könüllü üzərində sınaqdan keçirilir və həkimin sözlərinə görə, onun toksik təsiri "çox əhəmiyyətsiz" dərəcədədir. Qeyd olunur ki, xərçəngə qarşı bu preparatlar pasiyentlərə pulsuz təqdim olunacaq.

 

Chosen
58
Ajans.az

1Sources