EN

Azərbaycanda bu qanuna dəyişiklik edilir

ain.az bildirir, Olke.az portalına istinadən.

Milli Məclisin Regional məsələlər komitəsinin iclasları başlayır.

Ölkə.az-ın məlumatına görə, komitənin 2025-ci ilin payız sessiyası üçün ilk iclası sentyabrın 16-na planlaşdırılıb.

Komitənin gündəliyinə 3 məsələ daxil edilib. Onlardan biri komitənin ötən sessiyadakı fəaliyyəti barədə hesabat, digəri Regional  məsələlər komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsidir.

Siyavuş Novruzovun rəhbərlik etdiyi komitənin payız sessiyası çərçivəsində ilk iclası zamanı “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişiklik layihəsi də müzakirə ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
7
olke.az

8Sources