EN

40 il səhnədə - O, mükafatın ilk qalibi oldu

Yazını böyüt
Yazını kiçilt

Məşhur müğənni Riki Martin Nyu-York ştatının Elmont şəhərindəki UBS arenasında keçirilən "MTV Video Music Awards 2025" mərasimində ilk "Latin Icon" mükafatını qazanıb.

Hafta.az xəbər verir ki, puerto-rikalı müğənni mükafatı qəbul etməzdən əvvəl ən məşhur hitlərindən ibarət popurri ifa edib.

Minnətdarlıq nitqində Martin "Menudo"da ilk günlərindən başlayaraq, 40 illik karyerası boyunca dəstək olduqları üçün pərəstişkarlarına təşəkkür edib.

Martin popurridə "Livin' La Vida Loca", "Pégate", "Shake Your Bon-Bon", "Vente Pa' Ca", "María" və "The Cup of Life" mahnılarından istifadə edib.

Sənətçi sonuncu dəfə 1999-cu ildə VMA mükafatı qazanmışdı. /Windozo.ru/

Chosen
16
1
hafta.az

2Sources