EN

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi - Fərman

BAKI, TurkicWorld

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının adının dəyişdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

TurkicWorld xəbər verir ki, fərmana əsasən, Sumqayıt Kimya Sənaye Parkı Sumqayıt Sənaye Parkı adlandırılacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidirlər.

Chosen
38
15
turkic.world

10Sources