EN

İsrail Qəzzada atəşkəs təklifini qəbul etdi


İsrail ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəslə bağlı irəli sürdüyü təklifi qəbul edib.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Budapeştdə macar həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında bildirib.
Saar, İsrailin girovların azad edilməsini və Fələstinin HƏMAS hərəkatının tərksilah olunmasını ehtiva edən müharibənin dayandırılması ilə bağlı tammiqyaslı sazişi qəbul etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp HƏMAS-a sonuncu dəfə xəbərdarlıq edərək, ABŞ-nin atəşkəs təklifini qəbul etməyi tələb edib. Tramp söhbətin hansı şərtlərdən getdiyini dəqiqləşdirməyib.
Chosen
22
3
yeniavaz.com

10Sources