EN

"Atletik"in futbolçusu diskvalifikasiya edilib

"Atletik"in futbolçusu Yeray Alvarez diskvalifikasiya edilib. 

Apasport.az xəbər verir ki, ispaniyalı müdafiəçi ötən mövsüm UEFA Avropa Liqasında "Mançester Yunayted"ə qarşı çıxdığı matçda istifadəsi qadağan olunan maddədən istifadə etdiyi üçün cəzalanıb.

Bu barədə UEFA Komitəsi açıqlama verib.

30 yaşlı oyunçunun "qırmızı şeytanlar"a qarşı oynadığı qarşılaşmada xərçəng xəstəliyindən yaranan saç tökülməsinin qarşısını almaq üçün istifadə etdiyi maddənin dopinq tərkibli olduğu məlum olub.

Qurum tərəfindən futbolçuya 10 aylıq cəza verilib.

Cengiz Ünder “Beşiktaş”da - RƏSMİ

Yamal Türkiyədə pasportunu itirib - VİDEO

PSJ-də ayrılıq

Motta Bundesliqa klubuna rəhbərlik edə bilər

“Arsenal”ın heyətində CİDDİ İTKİ

Chosen
19
apasport.az

1Sources