EN

İsrail XİN Qəzzada atəşkəs təklifini qəbul etdiklərini bəyan edib

İsrail ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəslə bağlı irəli sürdüyü təklifi qəbul edib.

Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib. 

O bildirib ki, İsrail girovların azad edilməsini və HƏMAS-ın tərksilahını ehtiva edən müharibəni dayandırması üçün tam hüquqlu razılaşmanı qəbul etməyə hazırdır.

Bildirilib ki, təklif indi İsrailin ilk olaraq altı aylıq “müharibəyə son” prosesinin başladığını elan etməsini nəzərdə tutur. Əvvəllər Netanyahu HƏMAS-ın tam tərksilah edilməsi, bütün girovların dərhal azad edilməsi və Qəzza zolağında alternativ hökumətin yaradılması daxil olmaqla, bütün şərtlər yerinə yetirilənə qədər qəti şəkildə buna razı deyildi.

Nurlana ƏhmədovaMissiya.Az

Chosen
54
50
missiya.az

10Sources