EN

Tullantı sularını düzgün idarə etməyən fiziki şəxslər 1000 manatadək cərimələnəcək

Bakı. Trend:

Hazırda Respublikamızda, əsasən də Bakı ətrafı kanalizasiyaşəbəkəsi ilə tam təmin edilməmiş ərazilərdə əhalinin daimiməskunlaşması sürətlə artmaqdadır.

Sözügedən ərazilər üzrə yaşayış məntəqələrində formalaşantullantı suların əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən suvə su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarına rastgəlinir.

SİMDNX-dan verilən məlumata görə, mərkəzləşdirilmiş tullantısuların axıdılması sisteminə çıxışı olmayan əhali qrupları tullantısuların idarə olunmasında alternativ və təhlükəsiz üsullardanistifadə etməli, mövcud qanunvericiliyin tələblərinə əməletməlidirlər.

Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayanərazilərdə tullantı suların idarə olunması “Su təchizatı vətullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun vəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 apreltarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digəryaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena vəekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişəttullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması vəzərərsizləşdirilməsi Qaydaları”nın 5-ci bəndinin tələblərinə uyğunolaraq həyata keçirilməlidir.

Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrindəəmələ gələn tullantı sularının yığılması məqsədilə yerüstü hissəsiqapaq və barmaqlıqla təmin olunmuş, divarları və dibi sukeçirməzolan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusuhazırlanmalıdır.
Bu quyular yaşayış binalarından, uşaq bağçalarından vəməktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahətyerlərindən mümkün qədər aralıda, 20 metrdən 100 metrə qədərməsafədə olmalıdır. Quyu, dolma həddindən asılı olaraq yarım ildəbir dəfədən az olmamaq şərtilə təmizlənməlidir.
Fürsətdən istifadə edərək nəzərinizə çatdırırıq ki, əhali qruputərəfindən qeyd edilən tələblərə riayət edilmədikdə AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinəəsasən fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə cəriməedilir.
Tullantı suların düzgün idarə olunması yalnız ətraf mühitinmühafizəsi deyil, bütövlükdə cəmiyyətin sağlamlığı, suobyektlərinin qorunması və su bioresurslarına mənfi təsirlərinqarşısının alınması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Busəbəbdən mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulmamışərazilərdə qanunvericiliyin tələblərinə əməl olunmalı, təhlükəsizvə ekoloji baxımdan zərərsiz üsullar tətbiq edilməklə su və sutəsərrüfatı obyektləri çirklənmədən mühafizə olunmalıdır.

Chosen
53
29
az.trend.az

10Sources