EN

Tokayev Arman Dilanyanı mükafatlandırdı

BAKI, 8 sentyabr. TELEQRAF

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan “Qazaxıstan Respublikası Konstitusiyasının 30 illiyi” yubiley xatirə medalı ilə təltif edilib.

Teleqraf xəbər verir ki, müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “konstitusionalizmin inkişafına və dövlətlərarası münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə görə” imzalayıb.

Bu mükafat “əsas qanunun aliliyinin təmin edilməsinə, eləcə də dost dövlətlərin konstitusiya orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfəyə görə” verilir.

Chosen
74
teleqraf.com

1Sources