EN

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının adının dəyişdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Fərman imzalayıb.

Marja.az xəbər verir ki, Fərmana əsasən Sumqayıt Kimya Sənaye Parkı Sumqayıt Sənaye Parkı adlandırılıb. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Chosen
44
15
marja.az

10Sources