EN

Avropa Komissiyası: Gürcüstanla vizasız rejimin ləğvi mexanizmi işə salına bilər

TBİLİSİ, 8 sentyabr. TELEQRAF

Avropa Komissiyası Gürcüstan hökumətinin addımlarını diqqətlə izləyir və lazım gələrsə, vizasız rejimin dayandırılması mexanizminin işə salınmasına dair qərar qəbul edə bilər.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Ukraynanın “Avropa həqiqəti”(«Европейская правда») nəşrinə bildirib.

Qeyd olunub ki, Brüseel hələ də Gürcüstan hakimiyyətinin Avropa Komissiyasının bütün tövsiyələrində yer almış məsələlərin həlli üzrə konkret addımlar atacağını gözləyir.

“Ötən həftə Gürcüstan hakimiyyəti müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının bank hesablarını dondurmaqla ölkədə demokratiyaya qarşı daha bir addım atıb. Avropa İttifaqı bu qərarı dərhal ləğv etməyi çağırır”, - nümayəndə söyləyib.

Chosen
102
2
teleqraf.com

3Sources