"Mançester Yunayted"in hədəfində "Atletik"in müdafiəçisi Dani Vivian var.

Offsideplus.az xəbər verir ki, "Nyukasl" və "Aston Villa" da 26 yaşlı futbolçu ilə maraqlanır.

"Qırmızı şeytanlar" ispaniyalı müdafiəçi üçün yanvarda "Atletik"ə təklif verəcək.

Vivian 5 mövsümdür bask klubunun əsas komandasında çıxış edir.

O, burada 151 oyuna çıxıb və 7 qol vurmağı bacarıb.