EN

DÇ-2026: qrup mərhələsinin oyunları üçün ən ucuz biletlərin qiyməti

DÇ-2026-nın qrup mərhələsinin oyunları üçün ən ucuz biletlərin qiyməti 60 dollar olacaq.

Bu halda söhbət bir neçə matç üçün paketdən yox, bir oyun üçün biletdən gedir.

Qeyd olunur ki, dünya çempionatının finalına ən baha bilet 6710 dollara başa gələcək. Mənbə vurğulayır ki, dünya çempionatına qədər bu qiymətlər dəyişə bilər. Gələnilki dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.T urnirə ilk dəfə 48 milli komanda qatılacaq. Dünya çempionatına ABŞ-dan 11, Meksikadan 3, Kanadadan isə 2 şəhər evsahibliyi edəcək.

Chosen
22
2
football-plus.az

3Sources