Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Paytaxtın Qaradağ rayonu, Lökbatan dairəsində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə sentyabrın 5-də saat 18:00 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, 77-UG-421 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, yoldakı sıxlığa səbri çatmayan sürücü önündəki maşından qabağa keçmək üçün sola manevr edib və yenidən öz zolağına qayıdıb. Bu vaxt o, sol və sağ zolaqdakı nəqliyyat vasitələrinə qəza şəraiti yaradıb. Lakin qayda pozub təhlükə yaradan sürücü yenidən tıxacda gözləmək məcburiyyətində qalıb.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.